“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze klub daxilində gərginliyə səbəb olub.
O, Qətərin “Aspire” futbol akademiyasının Qəbələdə təlim-məşq toplanışı keçməsinə sərt etiraz edib.
Gürcüstanlı çalışdırıcı bazanın ərazisində olan 5 meydançanı icarəyə götürən ərəblərdən narazılığını rəhbərliyə çatdırıb.
Axşam saatlarında məşq keçməyə yer tapmadıqlarını söyləyən mütəxəssis tələb eləyib ki, “Aspire” buranı boşaltsın.
Qətər komandalarının meydançaları nəzərdə tutulmuş vaxtdan gec tərk etməsinə hiddətlənən Sxadadze deyib ki, problem tezliklə həll olunmasa, o, hazırlıq prosesinə çıxmayacaq.
Sxadadzeyə izah olunub ki, bu, müvəqqəti problemdir, səbrli davanmalıdır. Çünki ərəblər meydançalardan istifadəyə görə kluba normal məbləğdə ödəmə edib və qonaqlara birdən-birə «çıxın gedin» demək yolverilməzdir.
SPORTİNFO.AZ