COP29

"Qəbələ" yeni mövsüm üçün...

27 İyul 03:20 Qəbələ 1 748
"Qəbələ" yeni mövsüm üçün...

“Qəbələ” yeni mövsümün hazırlığına start verib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə Qəbələdə başlayıb.

2024-2025-ci illər mövsümünə hazırlığın ilk mərhələsi seleksiya xarakteri daşıyacaq.

Komandanın ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək. Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək.

Ardınca “Qəbələ”nin təlim-məşq toplanışına start veriləcək. Hazırlıq prosesi Qəbələ şəhər stadionunda gerçəkləşəcək.

Mövsümün startına qədər yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. İlk matç iyulun 31-də baş tutacaq.

“Qırmızı-qaralar” Qəbələdə təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə üz-üzə gələcək. Digər yoxlama oyunlarının tarixi və rəqiblər barədə ictimaiyyətə məlumat veriləcək.

I Liqada yeni mövsümə sentyabrın 11-də start veriləcək. Yarışın püşkatma mərasimi avqustun 13-də AFFA-nın inzibati binasında təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?