I Liqanın yeni mövsümünə hazırlıqları davam etdirən “Qəbələ” bu gün "Zaqatala" ilə yoxlama oyunu keçirəcək.
Sözügedən komandalar Qəbələ şəhər stadionunda üz-üzə gələcəklər. Görüş saat 18:00-da başlayacaq.
Bu, “Qəbələ”nin mövsümlərarası fasilədə ikinci sınağı olacaq. “Qırmızı-qaralar” ilk yoxlama oyununda "Əl-Yarmuk"(Küveyt) ilə 2:2 hesablı heç-heçə edib.
Hazırda komandanın düşərgəsindəki legionerlərin sayı 4-dür.. Yeni gələn Domi Moussumadır.
Konqo U-23 yığmasının da şərəfini qoruyan futbolçu son olaraq vətənində "Diables Noirs"in formasını geyinib.
Vinger və hücumçu mövqeyində çıxış edən Domi Afrika Konfrans Liqasında 21 və Çempionlar Liqasında 4 oyuna çıxıb və 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ondan qabaq Qana, Brazaliya və seneqaldan olan oyunçular yoxlanışa cəlb edilib.
Baş məşqçi Kaxaber Sxadadze "Zaqatala" ilə oyundan sonra legionerlərlə bağlı yekun qərarını verəcək. Böyuk ehtimalla, gürcüstanlı çalışdırıcı əcnəbilərin minimum ikisini geri göndərəcək.
SPORTİNFO.AZ