COP29

Gözlənilməz transfer - "Qəbələ"dən ayrıldı, bu klubla anlaşdı

5 İyul 01:00 Qəbələ 3 059
Gözlənilməz transfer - "Qəbələ"dən ayrıldı, bu klubla anlaşdı

Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Şerif" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Tiraspol təmsilçisi "Qəbələ"dən ayrılan Əyyub Allaşı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mərakeşli yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Əyyub Allaş 2023-cü ilin yanvar ayından 2024-cü ilin yayına kimi "Qəbələ"də çıxış edib. 26 yaşlı futbolçu "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı

56 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

“Zirə” və “Şerif” arasındakı matçlar iyulun 11-i və 18-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq