
«Qəbələ»də kollektiv cərimə tətbiq edilib.
Bu, komandanın I Liqada məğlubiyyətlə üzləşməsi ilə əlaqədardır.
Belə ki, «qırmızı-qaralar» 22-ci turda «İmişli»nin qonağı olub və 6-cı dəqiqədə qapısından buraxdığı penalti qoluyla meydandan xalsız ayrılıb.
Kaxaber Sxadadze buna reaksiya olaraq, belə bir qərar verib. Baş məşqçi Premyer Liqaya yenilgisiz dönmək tapşırığının yerinə yetirilməsini əsas gətirərək, oyunçuların maaşlarından bir hissənin kəsilməsinə dair raport hazırlayıb.
Əyalət təmsilçisi səfərdə qələbə qazanacağı təqdirdə, xallarının sayını 58-ə yüksəldəcəkdi. Bu da qalan 5 turun nəticəsindən asılı olmayaraq, çempionluq üçün kifayət edəcəkdi. İndi onlar ən yaxın izləyiciləri «İmişli»dən 14 xal geridədir.
«Qəbələ» 22 tur ərzində cəmi 5 oyunu itki ilə başha vurub. Bunadək 4 dəfə heç-heçə etmişdilərsə, «İmişli»yə yenilgi ilk oldu.
Gürcüstanlı çalışdırıcı İmişlidəki görüşü axıradək izləməyib.
88-ci dəqiqədə hakimin qərarına etiraz etdiyi üçün sarı vərəqə alan baş məşqçi final fitinin səslənməsinə 3 dəqiqə qalmış – 90+2-ci dəqiqədə paltardəyişmə otağına yollanıb. Komandasının oyunundan narazı qaldığı üçün.
SPORTİNFO.AZ