COP29

"Qarabağ" dördüncü transferin biraddımlığında… SON DƏQİQƏ

15 İyul 19:00 Qarabağ 12 700
"Qarabağ" dördüncü transferin biraddımlığında… SON DƏQİQƏ

«Qarabağ» Musa Qurbanlı, Fabiyan Buntiç və Sadiq Məmmədzadənin ardınca daha bir transferi rəsmiləşdirmək üzrədir.

İbrahim Ramazanov növbəti mövsümdən «köhlən atlar»a məxsus olacaq.

Azərbaycan çempionu 19 yaşlı müdafiəçi ilə 4+1 illik müqavilə imzalamağa hazırlaşır.

«Qəbələ»nin yetirməsi olan mərkəz oyunçusu indi azad agent statusu daşıyır. «Qırmızı-qaralar» 4 ay öncə İbrahimə yeni müqavilə təklif etsə də, bununla razılaşmayıb.

Qısa müddətdə parlayan bu gənci "Qarabağ" heyətinə qatdı

Odur ki, «Qəbələ»nin ona görə daha çox pul qazanmaq şansı qalmayıb. Əyalət təmsilçisi yalnız yetişdirmə haqqı olaraq təzminat ala bilər. Bu məbləğ isə 100 min manatı aşmır.

O, Premyer Liqanın son turlarında «Qəbələ»nin heyətində göstərdiyi oyunla Qurban Qurbanovun diqqətini çəkib.

Ramazanova «Sabah» da maraq göstərib, ancaq üstünlüyü «Qarabağ»a verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti