COP29

“Qarabağ” 2 illik müqavilə irəli sürdü – SON DƏDİQƏ

17 Sentyabr 2024 14:00 Qarabağ 7 878
“Qarabağ” 2 illik müqavilə irəli sürdü – SON DƏDİQƏ

"Qarabağ" Yassin Benzia ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Ağdam klubu əlcəzairli legionerə yeni müqavilə təklif edib.

Yarımmüdafiəçi bununla razılaşarsa, kontraktı daha 2 il müddətinə uzadılacaq.

Fransa vətəndaşlığı olan ərəb 2023-cü il yanvarın 26-dan “Qarabağ”dadır. O, 2025-ci il iyunun 30-na qədər Azərbaycan çempionuna məxsusdur.

Yassin daha öncə “Lion", "Lill", "Fənərbaxça", "Olimpiakos", "Dijon" və "Hatayspor"da oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti