“Əvvэl bəlkə də “Qarabağ”a sıradan rəqib kimi baxırdılar”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qaraba”"ın qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
Onun fikrincə, Avropa Liqasının Liqa mərhələsinin ilk 6 turunda 5 məğlubiyyət alınmasının başlıca səbəblərdən biri rəqiblərin “Qarabağ”ı yaxından tanımasıdır:
“İndi bizimlə ayaqlaşırlar, hər incə detalı təhlil edirlər. “Qarabağ” artıq Avropa klubları üçün təhlükəli ad olub.
Ciddiyə alırlar, ciddi yanaşıb, ciddi hazırlaşırlar. Ancaq olsun. Allahın izni ilə çətinliklərin öhdəsindən gələcəyik”.
Avropa Liqasında altı oyundan sonra hesabında cəmi 3 xal olan və 33-cü yerdə qərarlaşan “Qarabağ” pley-offa çıxmaq işini çətinə salıb.
Liqa mərhələsinin başa çatmasına iki tur qalıb. Hazırda “Qarabağ” turnir cədvəlində yalnız RFS (2 xal), “Nitsa” (2) və Kiyev “Dinamo”sunu (0) qabaqlayır.
Azərbaycan çempionu növbəti mərhələyə vəsiqə verən ilk "24-lük"dən dörd xal geri qalır. “Elfsborq” isə “Qarabağ”a qalib gəlməklə (1:0) məhz 24-cü yerə yüksəlib və 7 xalı var.