SON DƏQİQƏ! Qurban Qurbanov rəhbərliklə görüşdü - O, neçə transfer istədi?

28 Fevral 13:00 Qarabağ 4 599
SON DƏQİQƏ! Qurban Qurbanov rəhbərliklə görüşdü - O, neçə transfer istədi?

«Qarabağ» növbəti mövsümün planlarını konkretləşdirməyə başlayıb.

Klub rəhbərliyi bu məqsədlə Qurban Qurbanovla görüşüb.

Tərəflər arasında transfer çalışmalarına dair geniş müzakirə aparılıb.

Baş məşqçi qarşıdakı 1-2 ayda bu işləri bitirmək istədiyini söyləyib. Onun fikrincə, düşərgədə ciddi islahatlar aparmağın vaxtı artıq çatıb.

Qurbanova görə, hazırkı heyətlə avrokuboklara daha iddialı qayıtmaq çətin məsələdir. Çalışdırıcı bunu bəzi futbolçuların «tükənməsi», psixoloji cəhətdən «doyması» ilə əlaqələndirib.

Təcrübəli mütəxəssis ən azı 4 yeni legionerin xidmətinə ehtiyac duyduğunu qeyd edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti