COP29

"Qarabağ" güclüdür və bu, bizim daha nə üzərində işləməli olduğumuzu öyrənmək üçün..."

15 İyul 04:00 Qarabağ 2 117
"Qarabağ" güclüdür və bu, bizim daha nə üzərində işləməli olduğumuzu öyrənmək üçün..."

"Viktoriya"nın (Plzen) baş məşqçisi Marek Bakoş Avstriyadakı təlim-məşq toplanışı zamanı "Qarabağ"a qarşı keçirilmiş yoldaşlıq görüşü haqda danışıb.

Sportinfo.az "iDNES.cz" portalına istinadən xəbər verir ki, klubun mətbuat xidmətinə danışan çexiyalı mütəxəssis komandasının "Qarabağ"a 1:2 hesablı məğlubiyyətini şərh edib:

"Hər iki komanda futbol oynamaq istəyirdi. Yüksək pressinqlə çalışdıq və yüksək tempdə oynamaq istədik.

Hər iki komandanın şansları bərabər idi. Çox gözəl matç oldu.

Düşünürəm ki, son 20 dəqiqəyə qədər əla oyun göstərdik və qol imkanları yaratdıq. Təəssüf ki, istifadə edə bilmədik.

Bundan sonra “Qarabağ” təşəbbüsü əlinə aldı. Bunu da ötən mövsüm Avropa Liqasının 1/8 finalında oynadığı keyfiyyət sayəsində bacardı.

"Qarabağ" güclü rəqibdi və bu, bizim daha nə üzərində işləməli olduğumuzu öyrənmək üçün yaxşı sınaq oldu".

"Viktoriya"nın çalışdırıcısı iki il əvvəl bu komandalar arasında Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarını da xatırladıb:

"Komandalar yoldaşlıq oyunu keçirəndə bunu bir anlıq xatırladım. Amma mən artıq komandaların bu dəfə necə görünəcəyini düşünürdüm".

Digər Xəbərlər
Xəbər Lenti