COP29

“Qarabağ” bu oyunçu ilə uzunmüddətli müqavilə bağladı – Ona görə ki… FOTO

15 İyul 10:40 Qarabağ 11 189
“Qarabağ” bu oyunçu ilə uzunmüddətli müqavilə bağladı – Ona görə ki… FOTO

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın düşərgəsində yeni qapıçı var.

“Viktoriya” (Çexiya) ilə oyunda adı protokolda olan Sadiq Məmmədzadə “Səbail”in Futbol Akademiyasının yetirməsidir.

O, millimizin müvafiq yaş qrupunun üzvüdür. Ötən mövsüm “dənizçilər“in U-19 komandasının heyətində çıxış etmiş kiper Ağdam klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

Qurban Qurbanovu gənci Avstriya toplanışına aparsa da, əslində, o, əvəzedici heyət üçün nəzərdə tutulub.

Əgər “köhlən atlar“ Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansa, Sadiq U-19 komandasının formasını geyinəcək, UEFA Gənclər Liqasında meydana çıxacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti