COP29

"Qarabağ" afrikalı vingerin razılığını aldı, indi də… SON DƏQİQƏ

30 İyul 13:00 Qarabağ 13 023
"Qarabağ" afrikalı vingerin razılığını aldı, indi də… SON DƏQİQƏ

«Qarabağ» transfer çalışmalarında fəallığı bir qədər də artırıb.

Çempionlar Liqasında iştirak edən «köhlən atlar» hazırda bir legionerlə anlaşmağa çox yaxındır.

O, Avropanın aparıcı çempionatlarından birində forma geyinir. Adını hələlik dəqiqləşdirə bilməsək də, öyrəndiyimizə görə, Qurban Qurbanovun israrla üzərində dayandığı oyunçu afrikalıdır.

Vinger mövqeyində çıxış eləyən əcnəbi Ağdam təmsilçisi ilə anlaşmağa həvəslidir. Sadəcə, onun klubu ilə müqaviləsi mövcuddur və indi tərəflər yuxarı səviyyədə təzminat məsələsini çözməlidir.

«Qarabağ» bu yay düşərgəsinə 3 nəfər qatıb.

Fabiyan Buntiç «Vizela»dan (Portuqaliya) transfer olunubsa, Musa Qurbanlı «Yurqorden»dən (İsveç), Şahruddin Məhəmmədəliyev «Adana Demirspor»dan (Türkiyə) geri qaytarılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti