COP29

“Qarabağ”ın Bakıda ilk ÇL oyunu - Nə qədər satılıb?

28 İyul 00:40 Qarabağ 941
“Qarabağ”ın Bakıda ilk ÇL oyunu - Nə qədər satılıb?

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) oyununa bilet satışı davam edir.

Sportinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq oyuna 16300 bilet satılıb.

İyulun 30-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyun “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...