COP29

Qarabağın taleyində Qurban və qurbanlar var - Eminquey yazır

26 Fevral 08:50 Qarabağ 1 384
Qarabağın taleyində Qurban və qurbanlar var - Eminquey yazır

Günümüz qara.
Gündəmimiz qara.
Şalvarımız qara.
Köynəyimiz qara.
Gödəkçəmiz qara.
Qara, qara, qara… BAĞ!

Neçə həftədir qara gələn gündəmi «Qarabağ» işıqlığa, rəngarəngliyə çıxartdı.

Oyun rəngli idi.

Hakim sarı, qırmızı kartlardan döşəyirdi komandamıza. Amma qırmızı “dur” demək üçün bəs etmədi. «Qarabağ» yaşıl otlardan ilham alıb irəli getdi, irəli getdi və…

Öz tarixinin və ölkə futbolubun yeni rekorduna imza atdı. Deyəsən, avropalılar da ilk dəfə tarximizi tanıdı.

Avropa Liqasının rəsmi səhifəsi “Qarabağ“ tarix yazdı” başlıqlı post paylaşdı.

Azərbaycan millisi futbolda portuqallara biabırçı hesablarla uduzmuşdu, uduzur, uduzacaq.

“Qarabağ“ həm də millimizin məğlubiyyətlərinin heyfini çıxır.

Millimiz uduzur, klubumuz udur.

Qarabağ savaşında qurbanlar verib qələbə çalmışıq. Bu qələbənin də adı Qurbandır! Qarabağın taleyində Qurban və qurbanlar var.
HAŞİYƏ

İki fotoya da diqqətlə baxın. Azarkeşlərimizin qaramatlığı, portuqallarım rəngarəngliyi. Sanki ölkədə başqa rəngdə gödəkçə satılmır.

Hərdən düşünürəm ki, bu boyda qaramata bürünməyin içində hələ yaxşı qalmışıq…

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?