COP29

"Qarabağ"a qayıtmaq üçün bu TƏLƏBLƏRLƏ RAZILAŞDI

18 İyul 12:40 Qarabağ 4 818
"Qarabağ"a qayıtmaq üçün bu TƏLƏBLƏRLƏ RAZILAŞDI

"Qarabağ" yeni mövsüm üçün növbəti transferini gerçəkləşdirib.

Bu barədə Ağdam klubu rəsmi məlumat yayıb.

Ölkə çempionu Şahrudin Məhəmmədəliyevlə 1 illik müqavilə imzalayıb.

Ötən mövsümdə Türkiyədə “Adana Demirspor”un formasını geyinən qapıçı 2025-ci ilin yayına qədər Azərbaycanda qalacaq.

Məhəmmədəliyev 2016-23-cü illərdə də "Qarabağ"da olub. O, 2023-cü ilin yayında buradan Türkiyəyə transfer edilib.

Şahrudin Ağdam təmsilçisi ilə 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Azərbaycan millisində 29 oyun keçirən "Şah" köhnə-yeni klubuna "1 nömrə" kimi qaytarılmayıb. Qurban Qurbanov ona belə bir vəd verməyib.

Dağıstan kökənli kiper əsasən Fabian Buntiçlə rəqabət aparacaq. Çünki planda daha bir "çərçivə qoruyucusu"nun transferi var, bu da yaxın günlərdə gerçəkləşməlidir.

"Neftçi" və "Sabah" onunla yaxından maraqlanırdı. Konkret təklif irəli sürmüşdülər.

"Şah" da öz növbəsində "Neftçi"dən 500, "Sabah"dan 300 min dollar istəmişdi. "Qarabağ"a dönüş variantı son anda çıxdı.

Amin Ramazanovn Avstriya toplanışının gedişində ağır zədə alması və minimum 8 ay yaşıl sahələrdən kənarda qalacağı bilinəndən sonra "köhlən atlar" sabiq qapıçısına üz tutdu.

Məhəmmədəliyev "Qarabağ"dan aldığı dəvəti o dəqiqə qəbul edib. Üstəlik, üzərinə bəzi öhdəliklər götürüb.

Onlardan biri ehtiyat qapıçı statusu ilə barışması, digəri azarkeşlərlə bağlıdır. İşdir-şayəd, sosial şəbəkələrdə haqqında mənfi rəylər yazılarsa, Şahruddin heç birinə reaksiya verməyəcək.

Ümumiyyətlə, media və fanatlarla polemikaya girməyəcək, bütün fikrini, ağlını öz hazırlığına yönəldəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?