COP29

Qurban Qurbanov nə fikirləşir? – “Ola bilər ki...”

20 Avqust 02:40 Qarabağ 772
Qurban Qurbanov nə fikirləşir? – “Ola bilər ki...”

"Qarabağ" Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah səfərdə "Dinamo"nun qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə fikirlərini bildirib:

"Dinamo"nun çox yaxşı azarkeşləri var. Belə stadionda, bu cür azarkeşlərin qarşısında oynamaq çox xoş olacaq. Vacib oyundur. İstəyimiz çoxdur. Üçüncü dəfədir Çempionlar Liqasının qrupuna düşmək şansımız var. Bundan maksimum istifadə etmək istəyərdik. Futbolçularım oyuna hazırdır. Heyətdə bir neçə itkimiz var. Buna baxmayaraq, inanıram ki, futbolçularım intizamlı oynayacaqlar. Azarkeşlər üçün çox yaxşı oyun olacaq.

- "Ludoqorets"lə "Dinamo" arasında hansı fərqlər var?

Fərqli rəqiblərdir. Komandanın fiziki hazırlığı pis deyil. Elə mərhələdəyik ki, komanda özünü yaxşı hiss edir. Futbolçular hər oyunda daha yaxşı idman formasında olurlar. Hər mərhələni keçdikcə qarşımıza daha ciddi rəqib çıxır. Həm həyəcan, həm məsuliyyət çoxalır, hər rəqiblər daha çox ciddiyə alır. "Dinamo" daha təcrübəli komandadır, nəticə üçün maksimum oynamağı bacarırlar. Bu rəqibə qarşı oynamaq bizim üçün çox xoş və maraqlı olacaq. Sabahkı oyunda daha intizamlı olmalıyıq. Ola bilər ki, rəqib basqı yaratsın. Çünki, onların möhtəşəm azarkeş dəstəyi var. Bilirik ki, "Ludoqorets"lə matçdan daha diqqətli olmalıyıq.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…