COP29

Şahruddin Rusiyada danışdı: “Azərbaycanda bu gün də mənə böyük maraq var”

2 Avqust 17:00 Qarabağ 3 411
Şahruddin Rusiyada danışdı: “Azərbaycanda bu gün də mənə böyük maraq var”

“Adana Demirspor”dan ayrılaraq “Qarabağ”a qayıdan Şahruddin Məhəmmədəliyev Rusiyada müsahibə verib.

Təcrübəli qapıçısı həmyerlimiz Anar İbrahimovun aparıcısı olduğu və internet üzərindən yayımlanan “Topu çıxar” adlı verilişdə qonaq olub.

Məhəmmədəliyev geniş müsahibədə bir sıra maraqlı məqamlara aydınlıq gətirib, səmimi cavablarla diqqət çəkib.

Aparıcının ünvanladığı “Adana Demirspor”da özünü ulduz hesab edirdin” sualına Şahın cavabı belə olub:

“Özümü heç vaxt və heç yerdə ulduz hesab etməmişəm. Həmişə sadə olmağa çalışmışan.

Bəli, son illərdə Azərbaycanda mənə böyük maraq var idi, bu gün də var. Amma yenə də özümü ulduz kimi görməmişəm.

Və heç vaxt da özümü o adda hiss etmək istəmirəm. Nəyə lazımdır axı?

Sakit yaşayırıq da. “Adana Demirspor”da komanda yoldaşlarım olmuş Balotelli, Nani, Belhanda, hə, onlar ulduzlardır. Nani kimi böyük futbolçu belə, özünü ulduz kimi aparmırdı”.

Türkiyə klubu maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün millimizin də şərəfini qoruyan qapıçı Azərbaycana qayıdaraq “Qarabağ”la 1 illik müqavilə bağlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti