COP29

“Qarabağ”ın aparıcı legioneri eyni ölkədən iki təklif aldı - SON DƏQİQƏ

14 Sentyabr 14:00 Qarabağ 7 146
“Qarabağ”ın aparıcı legioneri eyni ölkədən iki təklif aldı - SON DƏQİQƏ

"Qarabağ" Leandro Andradeyə görə yeni təkliflər alıb.

Rusiyadan birdən-birə iki klub yarımmüdafiəçiyə elçi düşüb.

Moskvanın iki klubu – “Dinamo” və “Lokomotiv” 24 yaşlı legionerin qapısını döyüb.

Onlar ötən mövsüm 58 matçda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalan kabo-verdeli ilə 3 illik müqavilə imzalamağa hazırdır.

Hazırda portuqaliya doğumlu afrikalı ilə danışıqlar ilkin mərhələdədir.

Andrade 2022-ci ildən Azərbaycanda çıxış edir. “Köhlən atlar” onu “Çerno More”dən (Bolqarıstan) heyətinə qatıb.

Ağdam təmsilçisi orta sahə oyunçusu ilə sözləşməni aylar öncə yeniləyib. 2027-ci ilin yayınadək “Qarabağ”a məxsusdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?