COP29

"Hər kəs məqsədimizi bilir"

18 İyul 13:20 Qarabağ 1 498
"Hər kəs məqsədimizi bilir"

"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade klubun rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, kabo-verdeli legioner başa çatan Avstriya toplanışı və hazırlıq çərçivəsində keçirilən son iki yoxlama oyunu barədə fikirlərini bildirib:

“Hazırlıq prosesinin həm Bakı, həm Avstriyada gerçəkləşən mərhələsi planlaşdırdığımız şəkildə baş tutdu. Texniki heyət və futbolçular arasında anlaşma yüksək səviyyədə olduğundan toplanış da istədiyimi kimi keçdi.

Hamımızın məqsədi eynidir. Çempionlar Liqasında uğura imza atmaq, Azərbaycanı və “Qarabağ”ın adını layiqincə təmsil etmək, azarkeşlərimizi sevindirmək istəyirik.

Ümid edirəm ki, bu əməyimizin bəhrəsini avrokuboklarda görəcəyik. “Slaven” və “Şəbəb Əl-Əhli” ilə matçlarda istədiklərimizin böyük hissəsini göstərə bildik.

Öz oyunuma gəlincə, formamı bərpa etmək üzrəyəm və tezliklə istənilən səviyyəyə çatacam”.

Kabo-verdeli yarımmüdafiəçi komandanın məqsədinə toxunub və azarkeşlərə səslənib:

“Hədəfimiz hər zaman olduğu kimi böyükdür. Hər kəs məqsədimizi bilir.

Bunun üçün çalışırıq ki, istəyimizə çataq. Azarkeşlər həmişə bizi dəstəkləyiblər.

Onları yenə arenaya gəlməyə və yanımızda olmağa çağırıram. Stadiona gəlin və hədəfimizə bir yerdə çataq”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?