COP29

“Qarabağ”ın müdafiəçisi oynamadı, ölkəsinin millisi uduzdu

10 Sentyabr 03:10 Qarabağ 1 186
“Qarabağ”ın müdafiəçisi oynamadı, ölkəsinin millisi uduzdu

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviçin dəvət aldığı Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda öz meydanında Uelslə qarşılaşıb.

Matç britaniyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin keçmiş baş məşqçisi, hazırda Monteneqro yığmasını çalışdıran Robert Prosineçki bu matçda “Qarabağ”ın müdafiəçisinin adını iştirak ərizəsinə daxil etməyib.

Veşoviç İslandiyaya qarşı keçirilən ilk turun matçını əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləmişdi.

2 turdan sonra xalı olmayan Monteneqro millisi qrupda sonuncu pillədə qərarlaşıb. Komanda növbəti oyununu oktyabrın 11-də səfərdə hazırda 4 xalla qrupda lider olan Türkiyəyə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?