COP29

Qurban Qurbanov adını siyahıya salmadı, "Qarabağ"dan ayrılmaqdan imtina etdi

10 Sentyabr 13:00 Qarabağ 10 714
Qurban Qurbanov adını siyahıya salmadı, "Qarabağ"dan ayrılmaqdan imtina etdi

Redon Cica «Qarabağ»ı başqa kluba dəyişməkdən imtina edib.

Albaniyalı hücumçu ən azı cari ilin sonunadək «köhlən atlar»ın düşərgəsində qalmaq niyyətindədir.

O, Türkiyə, Polşa, Kipr və Yunanıstdan aldığı təklifləri geri çevirib. Cica ona dəvət göndərən komandaların maliyyə şərtlərini məqbul saymayıb.

Bu transferə maraq göstərənlər 26 yaşlı forvarda 300 min avrodaş aşağı məbləğ ödəməyə hazırdır, səbəbkar isə göstərilən rəqəmdən daha çoxunu isətyib.

"Qarabağ"Redon Cicanı 2023-cü ilin yanvar ayında "Tirana"dan transfer edib. Ötən mövsüm meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. C

ari sezonda isə o, artıq 1 qol vurub. Premyer Liqanın ilk turunda «Araz-Naxçıvan»ın qapısına yol tapıb.

Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsində Redonun xidmətindən istifadə etməyəcək. Baş məşqçi UEFA-ya göndərilən iştirak ərizəsinə onun adını salmayıb.

Buna səbəb Avropa futbol qurumunun qoyduğu limitdir. Belə ki, qitə futbol qurumu yalnız 23 oyunçunun siyahıda yer almasına icazə verir.

Limit 23+1-dir. Bu səbəbdən həmin oyunçular kənarda qalmalı olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?