"Qarabağ"ın işləri ildən-ilə çətinləşəcək".
Bu açıqlama futbol eksperti Emin Abbasova məxsusdur.
Bir vaxtlar Ağdam klubunda fəaliyyət göstərmiş sabiq funksoner "köhlən atlar"ı avrokuboklarda ağır günlərin gözləməsinə dair proqnoz verib.
ATV kanalında yayımlanan "Futbolumuz" verlişində bu barədə danışan tanınmış teleşərhçi bildirib ki, Qurban Qurbanovun komandasının qitəmiqyaslı yarışlarda uğur qazanması ehtimalı get-gedə azalacaq.
Abbasov bunu şərtləndirən bir neçə amilin üzərində dayanıb.
Qeyd edib ki, Azərbaycan Premyer Liqasında rəqabət mövcuddur, ancaq bu, səviyyənin yüksək olması mənasına gəlmir.
Ölkəmizdə "Malmö", "Ayaks" və "Bodo Qlimt" çapında komandaların yoxluğuna işarə edən ekspert deyib ki, "Qarabağ" tədricən öz taleyi ilə barışacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN