COP29

Hamı Qurban Qurbanovun bu seçiminəı heyrət edir - VİDEO

11 Sentyabr 16:40 Qarabağ 10 068
Hamı Qurban Qurbanovun bu seçiminəı heyrət edir - VİDEO

“Qurban Qurbanov 15 yaşlı uşağı "Qarabağ"ın əsas komandasına cəlb eləyib".

Bu açıqlama futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanlında yayımlanan “Futbolumuz” verlişində Ağdam klubunun baş məşqçisinin Amin rzayevə güvənməsindən danışıb.

Bildirib ki, təcrübəli mütəxəssis yeniyetmə müdafiəçini öz sərəncamına götürməklə, yeni nəsilə geniş çığır açıb.

Qurban Qurbanovun məqsədi təkcə titul və uğur qazanmaqdan ibarət deyil.

O, həm də akademiyada yetişən gəncləri diqqətdə saxlayır, yaxın gələcəkdə əsas komandada möhkəmlənmələrinə şərait yaradır.

Yaxın keçmişdə Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə, Nihat Quliyev (hazırda “Səbail”də top qovur), Amin Ramazanov kimi futbolçular məhz əvəzedici komandadakı inamlı çıxışdan sonra əsas komandanın parçasına çevrilib.

Artıq növbə digərlərinə çatıb ki, onlardan biri də Amin Rzayevdir.

Aminin 15 yaşı tamam olmayıb, 2009-cu ilin oktyabrın 12-də Bakıda dünyaya gəlib. Buna baxmayaraq, xoş gələcək vəd edir.

Ən vacib xüsusiyyəti intizam qaydalarına əməl etməsidir ki, bu barədə Qurbanova məlumat verilib.

Sol ayağı işlək olan sol cinah müdafiəçisi həmyaşıdlarından fiziki göstəricilərinə görə seçilir. Taktiki-texniki davranışları da yaşına görə yüksək səviyyədədir.

Qurban bəy Rzayevi zaman-zaman əsas komandanın məşqlərinə cəlb edir, oradakı ab-havanı hiss etməsinə şərait yaradır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?