Avropa Liqasının Liqa mərhələsinin ilk üç oyununda məğlub olan “Qarabağ”, nəhayət, istəyinə çatdı.
Çətin Norveç səfərində “Budyo Qlimt”lə qarşılaşan ağdamlılar vətənə 2:1 hesablı qələbə ilə qayıtmaqla azarkeşləri ümidləndirdi.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv növbəti görüşlər çərçivəsində Bakıda “Lion”la FCSB-ni qəbul edəcək, səfərdə “Elfsborq”la “Elfsborq”un qonağı olacaq
Bu oyunlarda əldə olunacaq mümkün qədər çox xal “Qarabağ”ın pley-offa gedən yolunu açacaq.
“Köhlən atlar”ın aparıcı simalarından olan franslnger Abdullah Zubir Sportinfo.az-a açıqlamasında azarkeşlərə səslənib, qarşıdakı matçlarla bağlı düşündüklərini dilə gətirib:
“Qarşıdakı görüşlərdə, xüsusən Bakıdakı oyunlarda diqqətli və məhsuldar olmalıyıq. Azarkeşlərimizi hər zaman olduğu kimi, yenə yanımızda olmağa səsləyirəm.
Onlarla birlikdə güclü görünürük. Həqiqətən çox çalışırıq, uğur qazanmaq üçün əlimizdən gələni edirik.
Uduzduğumuz 3 oyunun hər birində yaxşı imkanlarımız olsa da, xallar qazana bilməmişdik. Norveçdə tilsimi qırmağı bacardıq.
Ümid edirəm ki, son 4 oyunda həm özümüz sevinəcəyik, həm də azarkeşlərimizi sevindirəcəyik. Yeganə məqsədimiz budur. Başqa variantları ağlımızdan keçirmirik”.
Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” qarşılaşması saat 21:45-də start götürəcək.
HƏBİB