"Qarabağ" Bolqarıstan "Botev”ində forma geyinən Antuan Konteni transfer etmək istəyir.
Sportinfo.az "sportl.bg" portalına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi qvineyalı üçün danışıqlara başlayıb.
Bu mövsüm “Botev”in heyətində 21 matçda meydana çıxan Antuan Konte ikili vətəndaşlığa sahibdir.
31 yaşlı müdafiəçi 2011-2016-cı illərdə Fransanın aşağı yaş qrupları üzrə bütün yığmalarının formasını geyinib.
2022-ci ildə əsas milli olaraq seçdiyi Qvineyanın heyətində 16 matçda meydana çıxıb.
Qvineyalı karyerası ərzində PSJ, "Reyms", "Beytar", "Universitatya Krayova", "Hapoel Tel-Əviv" komandalarında da oynayıb.