"İntizamlı komandaya qarşı oynayacağıq”
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının əsas mərhələsində səfərdə Norveçdə "Budyo-Qlimt”ə qarşı keçirəcəkləri IV tur oyun haqda deyib.
Mütəxəssis Norveç futbolunun son illər olduqca inkişaf etdiyini söyləyib:
“Rəqibin özünəxas oyun tərzi var. Bu klubun qarşılaşdığımız digər rəqiblərimizdən üstün cəhətləri çoxdur.
Hətta deyə bilərəm ki, İngiltərənin “Tottenhem”, Niderlandın “Ayaks” kollektivlərindən də üstündürlər”.
O, meydana qələbə üçün çıxacaqlarını bildirib:
“İnanıram ki, oyunçularımız yaxşı nəticə üçün əllərindən gələni edəcəklər. Bu komanda qarşısında şanslarımızı 50-nin 50-yə dəyərləndirirəm.
Məğlub da ola bilərik, qalib də gələ bilərik. Sadəcə, onu deyə bilərəm ki, müsbət nəticə üçün 90 dəqiqədə çox intizamlı və diqqətli oynamalıyıq”.
Noyabrın 7-də “Aspmüra” stadionunda keçiriləcək “Budyo-Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.