COP29

"Qarabağ" üçün SÜRPRİZ

4 İyul 09:40 Qarabağ 8 236
"Qarabağ" üçün SÜRPRİZ

Bu gün Estoniyada yeniyetmə futbolçular arasında “Tallinn Cup”a start veriləcək.

"Qarabağ"ın 16 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv səfərə 18 futbolçu ilə yollanıb.

Dünən səfərə çıxan "köhlən atlar" Tallində sürprizlə qarşılaşıb. Belə ki, onları paytaxtın hava limanında bir qrup azərbaycanlı qarşılayıb.

Burada yaşayan həmyerlilərimiz oyunçuları otelədək müşayiət edib. Oteldə isə "Qarabağ"ı daha bir nəfər gözləyirmiş.

Kim olsa yaxşıdır? Murad Vəliyev.

Estoniyada çıxış eləyən U-21 millimizin yarımmüdafiəçisi "Qarabağ"ın məşqçi və futbolçuları ilə görüşüb, uğurlar arzulayıb.

"Levadiya"ya məxsus olan, icarə əsasında "Nomme Kalyu"nun formasını geyinən sağ cinah vingeri turnirboyu komandanın oyunlarını izləyəcəyini və dəstəkləyəcəyini bildirib.

Yeddi iştirakçının mübarizə aparacağı turnirin oyunları iyulun 4-7-də dairəvi sistem üzrə keçiriləcək. İlk matçına bu gün çıxacaq "Qarabağ" Latviyadan “Auda” ilə üz-üzə gələcək.

Komanda ertəsi gün İsveçdən “Hesselbi” və Estoniyadan “NF Academy” ilə qarşılaşacaq.

İyulun 6-da digər İsveç klubu “Jarlaberq” və Estoniya “Olimp”i ilə üz-üzə gələcək “Qarabağ” turnirin son günündə yerli “Trans Narva” ilə görüşəcək.

Bu, "Qarabağ" akademiyasının komandalarının mövsümdə 9-cu səfəridir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 01:50 Fransa yarımfinalda