Olavio Juninyonun “Qarabağ”ı “Sevilya”ya dəyişmək istəyi dünya mediasının diqqətini özünə çəkib.
Sportinfo.az xəbər verir ki, “transferfeed.com” bu barədə xəbər hazırlayıb.
Adıçəkilən sayt prosesin yekunlaşdığını, Azərbaycan və İspaniya təmsilçilərinin hücumçunun transferiylə bağlı bütün məsələlərdə razılığa gəldiyini tirajlayıb.
Media orqanının iddiasına görə, Juninyo Əndəlüs klubunun düşərgəsinə yollanacaq və tibbi müayinədən keçəcək.
O, böyük ehtimalla, sabah İspaniyada olacaq. Ardından klubla futbolçu arasında rəsmi müqavilə imzalanacaq.
Nəşrin xəbərinə görə, “Qarabağ” Juninyonu 1 milyon avro bonus daxil olmaqla, 5 milyon avroya satıb.
Həmçinin braziliyalının başqa kluba keçidindən qazanılacaq məbləğin 20 faizi “köhlən atlar”a çatacaq.