"Türkiyə ilə oyuna yaxşı hazırlaşmışıq, xal və ya xallar alacağımıza ümidliyik".
Sportinfo.az xəbər verir ki, bu sözləri Monteneqro millisinin futbolçusu Marko Yankoviç UEFA Mİllətlər Liqasının B Liqasının 6-cı turunda Türkiyə ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
"Qarabağ"ın yarımmüdafiəçisi rəqiblərinin A Liqasına yüksəlməyə layiq olduğunu bildirib:
"Qələbə və bəlkə də heç-heçə Türkiyəyə A Liqasında vəsiqə qazanmaq üçün kifayət edəcək. Düşünürəm ki, Türkiyə millisi A Liqasında oynamağa layiqdir.
Qrupda ən yaxşı futbolu onlar oynayırlar. Bir millidə "Real", "Yuventus", "İnter", "Benfika", "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" kimi klubların futbolçuları çıxış edirsə, o komanda A Liqasına yüksəlməyə layiqdir.
Çox yaxşı komandadır. Biz əlimizdən gələni edəcəyik, amma çox çətin bir oyun olacaq. Çünki rəqibin gücü bəllidir".
Bu gün keçiriləcək Monteneqro - Türkiyə oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq. Hazırda Türkiyə millisi 11 xalla qup lideridir.
Beş oyunun hamısında uduzan Robert Prosineçkinin rəhbərlik etdiyi Monteneqro isə sonuncudur.