COP29

“Dinamo”nun müdafiəçisi: “Qarabağ”a bir az boşluq versəydik, inanın ki...”

13 Sentyabr 23:40 Qarabağ 2 310
“Dinamo”nun müdafiəçisi: “Qarabağ”a bir az boşluq versəydik, inanın ki...”

“Qarabağ”ın futbolçuları ən kiçik ərazidən çıxıb təhlükə yaratmağı bacarır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Dinamo”nun futbolçusu Sami Mmae deyib.

Zaqreb təmsilçisinin mərakeşli müdafiəçisi komandasının Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a iki dəfə qalib gəlmələri haqda danışıb:

“Qarabağ”ın boşluqları hansı nöqtələrdə idi? Bizim ilk növbədə fikrimiz topda olmalıydı.

Top haradadırsa, həmin mövqeni “bağlamalıydıq”. Ona görə də topu rahat qəbul edib, hərəkət etmələrinə imkan verməməliydik.

Juninyo, Zubir, Andrade və Benzia müdafiə xəttinin arxasına atılan toplara qaçıb zərbə vururlar. Bir-iki epizodda bu yolla təhlükə yaratdılar.

Bir az boşluq versəydik, yaxud diqqətsiz olsaydıq, inanın, bir neçə qol vurardılar bizə”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?