COP29

“Qarabağ”lı: “Biz Avroliqada üç matçdan heç birində zəif oynamamışıq”

4 Noyabr 09:40 Qarabağ 561
“Qarabağ”lı: “Biz Avroliqada üç matçdan heç birində zəif oynamamışıq”

“Biz üç oyundan heç birində zəif oynamamışıq, sadəcə sonluğu gətirə bilməmişik”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın müdafiəçisi Toral Bayramova məxsusdur.

O, “Avropa Liqasında ardıcıl 3 məğlubiyyətdən sonra “Bodo Qlimt”lə səfər görüşünü Avropa Liqasında gələcək perspektiv baxımından son şans saymaq olarmı” sualına cavabında bunları söyləyib:

“İnanıram ki, “Bodo Qlimt”lə matçda şanssızlıq olmaz, yaratdığımız fürsətlərdən yararlanarıq.

Hər oyuna qələbə üçün çıxırıq. Bu matç da istisna olmayacaq”.

Azərbaycan çempionu Avropa Liqasının Iiqa mərhələsinin ilk turlarında “Tottenhem”ə İngiltərədə 0:3, “Malmö” ilə “Ayaks”a Bakıda müvafiq olaraq 1:2 və 0:3 hesabıyla uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...