COP29

Qurban Qurbanovun yuxusunu qaçıran ciddi problem

28 Sentyabr 17:40 Qarabağ 1 183
Qurban Qurbanovun yuxusunu qaçıran ciddi problem

Londonda bilinmədi ki, «Tottenhem» İngiltərə Premyer Liqasının, «Qarabağ» Azərbaycan Premyer Liqasının təmsilçisidir.

Ay səviyyə fərqi, ay bahalı heyət fərqi, ay nə bilim, nə…

Bunların heç biri “Tottenhem”in stadionunda hiss olunmadı.

Ev sahibləri 8-ci dəqiqədə qırmızı vərəqə almasaydı, oyunun sonrakı axarı «Qarabağ» üçün belə keçməyəcəkdi. Çox rahatlıq əmələ gəldi onlarda. B

u arxayınlıq Julio Romanın kobud səhvinə və hesabın açılmasına vəsilə oldu.

Ardı da məlumdur - 10 nəfərlə daha çox hərəkət edən, sürəti artıran «Tottenhem» yenə iki qol vurdu.

Qurban Qurbanovun futbolçularına iradı olmalıdır. Çox ciddi tənbeh etməlidir. İki-üç nəfərdən savayı, hər birini «məhşər ayağı»na çəkməlidir.

Üç qol buraxılsa da, mən mərkəz müdafiəçilərini qınaqdan kənarda saxlayardım. Bəhlul Mustafazadə və Bədavi Hüseynovu bir qırağa qoyaq, qalanları məğlubiyyətdə böyük günahkardır.

Əvvəl şikayət edərdik ki, arxa zonada çox səhvlərə yol verir «Qarabağ». Bir aydır bunu qabartmırıq daha.

Bu müddətdə Qurban Qurbanovun yuxusunu qaçıran cidd problem yaranıb: qol fürsətlərinin xərclənmə faizinin pikə qalxması.

Avropa və ərəb ölkələrindən fantastik təkliflər alan Juninyo ilə Benzia, həmçinin burada qalması son anda dəqiqləşən Zubir sanki sözü bir yerə qoyub, həm baş məşqçinin, həm də azarkeşlərin «əsəbləriylə oynamaq» yolu seçiblər.

«Qarabağ» avrokuboklarda sonuncu dəfə Bolqarıstanda fərqlənib. Qolsuz oyunların sayı artıq üçdür.

Qurbanov hücum və yarımmüdafiə xəttində rotasiya etməsə, yəqin ki, bu «orucluğ»un müddəti hələ bir müddət də davam edəcək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti