COP29

"Son dəqiqədə bizi "öldürdülər" -"Qarabağ"a qol vurmuş ispaniyalı

26 Fevral 07:40 Qarabağ 380
"Son dəqiqədə bizi "öldürdülər" -"Qarabağ"a qol vurmuş ispaniyalı

"Braqa"nın futbolçusu Alvaro Djalo Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı Bakıda keçirdikləri cavab oyununu (3:2, ilk oyun – 2:4) şərh edib.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan yarımmüdafiəçi Bakıdakı uğursuz nəticəyə görə kədərləndiyini deyib:

"Qırmızı vərəqədən sonra biz “Qarabağ”dan üstün oynadıq, ən çətin şeyi bacardıq, oyunu əlavə vaxta apardıq.

Amma onlar son dəqiqələrdə qol vuraraq bizi “öldürdülər”. Qolu vuranda düşündüm ki, vəziyyəti xeyrimizə dəyişə bilərik.

İlk qolu buraxanda belə, bunu edə biləcəyimizi göstərdik. Penaltidən qol vurduq.

Rahat oynayan komandamıza inanırdım, amma son dəqiqələrdə “Qarabağ” qol vurdu, futbolda belə də olur.

Mən öz töhfəmi verməyə və əlimdən gələni etməyə çalışdım. Uğursuzluğa görə çox kədərlənirəm".

24 yaşlı ispaniyalı “Qarabağ” – “Braqa” görüşündə komandasının ikinci qoluna imza atmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?