COP29

"Görün, o, indi “Qarabağ”la harada oynayır"

26 Fevral 07:30 Qarabağ 499
"Görün, o, indi “Qarabağ”la harada oynayır"

“Qarabağ” ümumilikdə 70 dəqiqə azlıqda oynadı, afərin!

Əlavə vaxtda son dəqiqəyə qədər dayandılar və qol vurdular.

Oyunun hesabı unudulacaq, amma Avropa Liqasının 1/8 finalına yüksəlmək tarixdir!"

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov Rusiyanın "RB Sport" nəşrinə müsahibəsində deyib.

Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Braqa" matçı ilə bağlı fikirlərini bildirib

Smirnov deyib:

"Onlar hamısı qəhrəmandırlar. Kimisə fərqləndirmək istəmirəm.

Mən emosiyalara qərq olmuşam. Klubla fəxr edirəm, Andrey ilə fəxr edirəm.

Düzgün seçim etdiyimiz bir daha təsdiqləndi. Lunyovun hara, hansı çempionata, hansı komandaya getdiyini deyənlərə isə cavab vermək istəyirəm ki, ağzınızı yumun və tabloya baxın.

Görün, Lunyov “Qarabağ”la harada oynayır”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?