«Qarabağ»ın mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.
Bu haqda klubdan saytımıza məlumat verilib.
Bildirilib ki, vakant postun Anar Hacıyevə tapşırılması qərara alınıb.
Uzun illərdir «Qəbələ»də eyni vəzifəni daşıyan tanınmış funksionerlə bir müddətdir danışıqlar aparılıb və o, iş yerini dəyişməyə razılaşıb.
Təyinatın qısa zamanda ictimaiyyətə açıqlanması nəzərdə tutulub.
Ağdam təmsilçisinin sonuncu press-ateşesi Gündüz Abbaszadə olub.
Daha öncə «Neftçi»də fəaliyyət göstərmiş tanınmış telejurnalist iyunda - 2,5 il öncə çalışdığı «Qarabağ»dan ayrılıb.
SPORTİNFO.AZ