COP29

“Qarabağ” ən çox pulu bu oyunçuya ödəyəcək - Qazancı 1 milyon dolları keçdi

30 İyun 15:15 Qarabağ 7 630
“Qarabağ” ən çox pulu bu oyunçuya ödəyəcək - Qazancı 1 milyon dolları keçdi

Aylarla davam edən danışıqlara dünən son qoyuldu.

“Qarabağ” Abdullah Zubirlə müqavilənin müddətini uzatdı.

Ağdam təmsilçisi sözləşməsi bir neçə gündən sonra başa çatacaq legionerlə yeni kontraktın şərtlərini razılaşdırıb.

Yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

Fransalı 2018-ci ildən çıxış etdiyi “köhlən atlar”da 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Zubir həmin müddət ərzində Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxıb və 14 dəfə fərqlənib.

O, Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.

32 yaşlı vingerin “Qarabağ“dan nə qədər pul alacağı barədə xəbərlər yayılıb. İddia olunur ki, ölkə çempionu ona hər il üçün 1 milyon manat ödəyəcək.

Əslində, bu rəqəm həqiqəti əks etdirmir. Zubirlə anlaşma dollar üzərindən əldə olunub. Səbəbkar gələn mövsümdə 1-1,1 milyon dollar qazanacaq.

O biri illərdə isə bu gəlir bir qədər də artacaq. Belə deyək, Zubir hazırda “Qarabağ“ın ən ödənişli futbolçusudur.

“Köhlən atlar“ın ötən “futbol ili“ndə 700 min dollar əldə edən legionerin maaşında bir belə artıma getməsi məcburiyyətdən qaynaqlanır.

Çünki Zubirə Fransa və Səudlyyə Ərəbistanından kifayət qədər sərfəli təkliflər gəlib. Hətta ərəblər vingerə “Qarabağ“dan qat-qat artıq pul ödəməyə razı olub.

Sadəcə, o, klub rəhbərliyinə və Qurban Qurbanova simpatiyasına görə Azərbaycanda qalmağa razılaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?