COP29

OLAY: “Qarabağ” bu cür qarşılanmalıdır? - FOTOLAR

8 Noyabr 16:40 Qarabağ 8 903
OLAY: “Qarabağ” bu cür qarşılanmalıdır? - FOTOLAR

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində ilk qələbəni IV turda qazanmağı bacardı.

Səfərdə “Budyo Qlimt”i 2:1 hesabı ilə məğlub edən “köhlən atlar” əvvəldən nəzərdə tutulan plana əsasən vətənə noyabrın 8-i səhər 19.15-də çatmalıydı.

Lakin çarter reysində müəyyən yubanma yaşandığından, “hava gəmisi” 1 saat yubanma ilə eniş etdi.

Açığı, uğurlu nəticədən sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda qələbəliyin olacağını təxmin edirdik. Ki, Zəfər Günüdür, qeyri-iş günüdür, komanda Bakıya əksəriyyətin oyaq olduğu saatda çatıb və sair.

Lakin gümanımızda yanıldıq. Cəmi 3 yeniyetmə azarkeş və 2-si televiziya, 2-si yazılı mətbuatdan olmaqla 4 jurnalist hava limanının yolunu tutmuşdu.

Oğlanlardan biri əlində gəzdirdiyi plaketi Juninyoya hədiyyə etmək niyyətindəydi ki, yekunda istəyinə çatdı. Plaketdə braziliyalı futbolçunun xanımı ilə qızının şəkli öz əksini tapmışdı.

Futbolçuların üzündəki yorğunluq sözün əsl mənasında sevinc hislərini üstələmişdi. Sanki uzaq Norveçdən qalibiyyətlə yox, yenilgi ilə qayıdıblar.

Yağışlı havada 90 dəqiqə mübarizə aparmaq, üstəgəl, 6 saatlıq uçuş onlara hər şeyi unutdurmuşdu.

Düşündükləri bu idi – evə çatıb, yorğanın altına girmək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti