Söz-söhbətlərə nöqtə qoyuldu: “Qurban Qurbanov bezib” - VİDEO

13 Aprel 19:00 Qarabağ 2 816
Söz-söhbətlərə nöqtə qoyuldu: “Qurban Qurbanov bezib” - VİDEO

“Qurban Qurbanov AFFA ilə bağlı suallardan hədsiz bezib.

Media olaraq sualı ona görə ünvanlayırıq ki, AFFA İcraiyyə Komitəsində əlçatan şəxs məhz Qurban müəllimdir.

AFFA prezidenti Rövşən Nəcəf iclas bitən kimi elə qaçır ki, sanki qovalayan var”.

Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.

Tanınmış jurnalistlər Elçin Cəfərov və Tural Məmmədlinin təqdimatında efirə gedən ilk buraxılışda AFFA rəhbərliyinin qəbul etdiyi qərarlar müzakirə edilib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun AFFA ilə bağlı suallardan qaçdığı qeyd edilib, təcrübəli çalışdırıcının mövqeyinə dair şərhlər verilib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...