COP29

"Əgər heç bir şey etmirsənsə, niyə oturub gözləməlisən?"

14 Avqust 2024 04:40 Qarabağ 671
"Əgər heç bir şey etmirsənsə, niyə oturub gözləməlisən?"

"Heç vaxt özümü İqor Akinfeyevlə müqayisə etməmişəm".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiyanın "Legalbet" nəşrinə açıqlamasında deyib.

"Akinfeyevin səviyyəsində oynaya biləcəyimi və ona çatacağımı düşünmürdüm. Lakin istəyirdim.

Məqsədim var idi. Hər gün məşqlərdə bu hədəfə doğru getmək üçün çalışırdım.

Gündə 2-3 dəfə məşq edirdim. Əgər heç bir şey etmirsənsə, niyə oturub gözləməlisən?

Nəyisə dəyişmək üçün mütləq cəhd etməlisən", - deyə 30 yaşlı qolkiper bildirib.

2016-2023-cü illərdə "Qarabağ"ın formasını geyinən Şahruddin Məhəmmədəliyev iyulun 18-də yenidən Ağdam klubuna qayıdıb. O, 2020-ci ildən Azərbaycanın əsas millisinin formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti