“Qarabağ” - Azərbaycanda 1600 qol vuran ilk komanda

13 Aprel 02:10 Qarabağ 428
“Qarabağ” - Azərbaycanda 1600 qol vuran ilk komanda

“Qarabağ” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub.

Sportinfo.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXX turunun “Səbail”lə matçına təsadüf edib.

Səfərdə 4:1 hesablı qələbə qazanan qonaqların 2-ci topuna imza atan Leandro Andrade yubiley qolunun müəllifi kimi tarixə düşüb.

Ağdam klubu 1600-cü qolunu 955-cü matçında vurub. Ümumilikdə 1602 topdan 913-ü ev, 674-ü səfər, 15-i neytral meydana təsadüf edib.

“Qarabağ” Azərbaycan çempionatlarında 1600 qol vuran ilk komanda olub. Komandanın orta məhsuldarlığı 1,68-ə bərabərdir.

Komandanın tarixində ilk qola Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də “İnşaatçı” (Sabirabad) ilə ev oyununda (1:2) təkcə “Qarabağ” deyil, yarışın tarixində ilk topun müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!
14 Aprel 17:20 Oralarda bir Emil var...
14 Aprel 11:00 Burada sənə YER VAR!