
Mövsümün sonu "Qarabağ"dan ayrılacaq futbolçuların sırasında Bəhlul Mustafazadənin də adı çəkilir.
Yeni məvsüm legioner limiti olmadığı üçün Ağdam təmsilçisinin təcrübəli müdafiəçinin yerinə əcnəbi oyunçu gətirəcəyi iddia olunur.
Sportinfo.az-a açıqlama verən Mustafazadə barəsində yayılan iddialara aydınlıq gətirib:
"Açığı belə bir şey yoxdur. Mətbuatda bəzən mən də belə xəbərləri görürəm. Hazırda klubla müqaviləm var. Və bu barədə heç bir söhbət olmayıb.
Belə xəbərlərin çıxması oyunuma təsir etmir. Oxuduğum zaman ciddiyə almıram. Çünki özümdə belə məlumat olmadığı üçün istənilən yazılar o qədər də önəm kəsb etmir".
XANOĞLAN