“Qarabağ”dakı əcnəbi “onlar təhlükəlidir!” söylədi

14:20 Qarabağ 160
“Qarabağ”dakı əcnəbi “onlar təhlükəlidir!” söylədi

“Meydana fərqli heyətlə çıxmışdıq. Bu da istər-istəməz oyunumuza təsir edirdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Fabian Buntiç Premyer Liqanın 32-ci turu çərçivəsində “Sabah”a qarşı keçirilən oyun (1:1) haqda danışarkən deyib.

Xorvatiyalı kiper fasilədən sonra rəqibin təzyiqi artırdığını vurğulayıb:

“Birinci hissəni yaxşı keçirdik. “Sabah” təhlükəli rəqibdir.

Onlar da qalib gəlmək istəyirdilər. Buna görə ikinci hissədə təzyiqi daha da artırdılar.

Biz daha çox əks-hücumlara bel bağlayırdıq. Qol vurmaq üçün şanslarımız oldu. Lakin dəyərləndirə bilmədik”.

Digər Xəbərlər
Xəbər Lenti