
"Çətin oyun alındı.
“Sabah” yaxşı komandadır, bizə qarşı da inamlı çıxış etdilər.
Düzdür, qalib gələ bilməsək də, qazanılan 1 xal da çempionluq üçün kifayət etdi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Redon Cica Premyer Liqanın 32-ci turu çərçivəsində “Sabah”a qarşı keçirilən oyun (1:1) haqda danışarkən deyib.
O, jurnalistlərə açıqlamasında çempionluğu belə şərh edib:
“Təbii k, çempion olmaq çox xoşdur. Sevinirəm ki, qızıl medallara sahib çıxdıq. Bu, mövsüm boyu çəkilən əziyyətimizin bəhrəsidir”.
Alban forvard mövsümün sonunda “Qarabağ”dan ayrılacağı barədə yayılan xəbərlərə də aydınlıq gətirib:
“Mənim “Qarabağ”la hələ 1 illik müqaviləm var. Sözləşməm 2026-cı ilin yayında bitir, ona görə də növbəti mövsüm də komandada qalacam”.