Qurban Qurbanov bu futbolçusu ilə görüşmədi, yanından düz keçdi – OLAYIN VİDEOsu

09:20 Qarabağ 1 718
Qurban Qurbanov bu futbolçusu ilə görüşmədi, yanından düz keçdi – OLAYIN VİDEOsu

Xəbər verdiyimiz kimi, “Qarabağ” Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün çempionu olub.

Sportinfo.az xəbər verir ki, “Sabah”la 32-ci turdan 1:1-lik heç-heç edərək qızıl medallara sahib çıxan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov matçdan sonra paltardəyişmə otağında futbolçularını təbrik edib.

Həmin vaxt diqqətçəkən məqam isə Q.Qurbanovun bütün futbolçularla əl verib görüşdüyü halda müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməməsi olub.

Görüntülərdə B.Mustafazadənin də buna əsəbləşdiyi diqqət çəkir.

Baş verənlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Digər Xəbərlər
Xəbər Lenti