TRANSFER GÜNDƏMİ: “O, Qurban Qurbanova borcludur, itib-batmışdı” - VİDEO

27 Aprel 15:15 Qarabağ 1 560
TRANSFER GÜNDƏMİ: “O, Qurban Qurbanova borcludur, itib-batmışdı” - VİDEO

“Yassin Benzia “Qarabağ”a doğmalaşıb.

Komandada Zubir və digər oyunçularla münasibəti çox yaxşıdır.

İtib-batan Benzianı Qurban Qurbanov yenidən futbola qazandırdı. O

, uzun müddətdən sonra milliyə yenidən çağırılmasına görə “Qarabağ”a borcludur. Bir sözlə, hər iki tərəf bir-birinə bağlıdır”.

Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səslənib.

Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə son günlərdə aktual olan transfer mövzuları barədə danışıb, xüsusilə “Qarabağ”- Yassin Benzia danışıqları ətrafında fikirlər səsləndiriblər.

Qeyd edilib ki, əlcəzairli yarımmüdafiəçini təkrar vitrinə çıxaran “Qarabağ” və onun baş məşqçisi Qurban Qurbanovdur.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 20:00 Çək və bizə göndər!