
«Neftçi»nin futbolçuları indidən istirahətə çıxa bilər».
Bu təklif futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində bildirib ki, «ağ-qaralar» uğursuz mövsüm keçirib və avrokuboklara vəsiqə şansını faktiki olaraq itirib.
Tanınmış teleşərhçi qeyd edib ki, paytaxt təmsilçisi bu sezonun Azərbaycan derbilərində tamamilə fiaskoya uğrayıb.
Abbasov «Qarabağ»ın dörd dövrənin matçında da «Neftçi»yə qalib gəldiyini xatırladıb.
Ekspert «köhlən atlar»ın bu görüşlərdə rəqibinə üst-üstə 11 qol vurduğunu yada salıb, bakılı oyunçuları qınayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN