Premyer Liqanın “ataman” klubunun uğursuz “miks-zona” fəaliyyəti bu FOTOLARda

26 Aprel 23:00 Qarabağ 223
Premyer Liqanın “ataman” klubunun uğursuz “miks-zona” fəaliyyəti bu FOTOLARda

Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat nümayəndələri üçün miks-zona yaradılıb.

Miks-zonanın mənası futbolçunun jurnalistlərə müsahibə verməsi üçün ərazidir.

Lakin ev sahibi “Qarabağ” bunu o dərəcədə uğursuz formada edib ki.

Lövhələr dəhlizin tən ortasında quraşdırılıb. Məntiqə və qaydalara əsasən, oyunçular paltardəyişmə otaqlarından çıxıb miks-zonadan keçməklə avtobusdakı yerini tutmalıdır.

Lakin bunu heç də hamı etmir. Məsələn, kefi yerində olmayan və ya yolunu uzatmaq istəməyənlər lövhənin arxası ilə hərəkət edib ərazini tərk edə bilir. Hətta bəzən mühafizəçilərin xəbərdarlığı da işə yaramır.

Bu, “Neftçi”ylə matçdan sonra da beləydi, “Araz-Naxçıvan”la qarşılaşma başa çatandan sonra da. Bir neçə futbolçu rahat şəkildə lövhənin arxasından keçib miks-zonadan yayınmağa müvəffəq oldu.

Oyunun yayım hüququna malik olan “CBC Sport”un əməkdaşları istəyinə tam şəkildə çatır. Çünki telekanalın kamerası üçün ayrılan zona münasib yerdədir. Qəzet və sayt nümayəndələri isə…

“Qarabağ” rəsmilərinin jurnalistlərin qarşısını taxta lövhələrlə bağlamaqla hansı məqsəd güddüyünü demək çətindir. Fakt budur ki, məğlub olan komandanın üzvlərinə mətbuatdan yayınmaq üçün bu gözəllikdə şərait yaradılıb.

Ya “brand wall”ın (löbhə) yeri dəyişdirilməlidir, ya da hansısa şəkildə nəzarət mexanizmi yaradılmalıdır ki, işimizi rahat görə bilək. Belə miks-zona olmur.

Xüsusən ölkəmizi Çempionlar Liqasında təmsil etməyə hazırlaşan klubun adına həvəskar yanaşmadır. Sabah əcnəbi jurnalistlər bu durumla qarşılaşsa, heç də xoş olmayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq