“Qarabağ”ın oyununda möhtəşəm görüntü – Görün, necə sevinir - VİDEO

26 Aprel 21:20 Qarabağ 303
“Qarabağ”ın oyununda möhtəşəm görüntü – Görün, necə sevinir - VİDEO

Aprelin 23-də “Qarabağ”la “Araz-Naxçıvan” arasında baş tutan oyunu (3:0) izləyənlər arasında Toral Bayramovun ailə üzvləri də yer almışdı.

Xanımı, iki övladı və yaxınları.

“Köhlən atlar”a azarkeşlik edən xanımlardan ibarət qrup “Qarabağ”ın hər təhlükəli hücumuna reaksiya verir, vuruılan qollar zamanı tribunada əsl bayram ab-havası yaşayırdılar.

Maraqlı an Toral penaltidən qol vuran məqamda yaşandı. Solaxay futbolçu “çərçivə”ni dəqiq nişan alan kimi doğmalarının yanına qaçıb sevincini onlarla bölüşdü.

Həmin an Bayramovun qızının masanın üzərində dayanıb atasının sevincinə şərik olması tribunada möhtəşəm görüntüyə səbəb oldu. Təbii ki, qolun hansı məna verdiyini anlamırdı. Qızcığazı sevindirən atasının ona tərəf qaçıb, öpüş mesajı göndərmıəsiydi.

“Sportinfo”nun obyektivinə düşən görüntüləri siz də izləyin.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq