
“Görüş çox çətin keçdi.
Hesabı açdıqdan sonra oyun açıldı, ardınca ikinci, üçüncü qolu da vura bildik.
Çox şadıq ki, finala çıxdıq. Hədəfimiz finalda da qalib gəlməkdir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Azərbaycan kubokunun yarımfinal mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirilən cavab oyunu (3:0) haqda deyib.
Fransalı legioner mütəmadi olaraq həm çempion olmaları, həm də kubokun finalına çıxmaları üçün motivasiyanı haradan tapdıqları barədə sualı belə cavablandırıb:
“Bu, bizim işimizdir. Klub bizə maaş verir ki, hər oyunda meydana qələbə üçün çıxaq, əlimizdən gələni edək”.