
"Oyun çox çətin keçdi".
Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında “Araz-Naxçıvan”a 3:0 hesabı qalib gəldikləri görüş barədə danışarkən deyib.
O, Naxçıvan klubunun yaxşı komanda olduğunu bildirib:
“Rəqib meydanda sonadək döyüşdü. Amma xoşbəxtəm ki, 3:0 hesablı qələbə qazandıq.
Bəli, iki fərqli hissə oldu. Lakin yaxşı mübarizə apardıq.
Hər matçda qalib gəlmək bizim üçün çox önəmlidir. Bu, komandaya yüksək əhval-ruhiyyə verir”.